11:17 28-06-2011
news_image
1107
STOLÜSTÜ OYUNLAR

Olimpiya çempionları Azərbaycanla oyuna Ponomaryovsuz gəlirlər

İyulun 15-27-də şahmat üzrə kişilər arasında keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının rəqibi Ukrayna yığmasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionlarının yeni kapitanı Aleksandr Sulipa Çinin Ninbo şəhərində təşkil ediləcək mundialda aparıcı qrossmeysterləri Ruslan Ponomaryovun xidmətindən yararlana bilməyəcək.

O, Asiya ölkəsinə aparacağı heyətə Vasili İvançuk (2776), Pavel Elyanov (2712), Zahar Yefimenko (2701), Aleksandr Areşenko (2694) və Aleksandr Moiseenkonu (2679) daxil edib.

Qeyd edək ki, ukraynalılar dünya çempionatına Olimpiya çempionları kimi vəsiqə qazanıblar. Həmin vaxt isə onların kapitanı hazırda Azərbaycan yığmasında çalışan Vladimir Tukmakov olub.

Mundialda Çin, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ və Misir komandaları qüvvələrini sınayacaqlar.