09:29 29-06-2011
news_image
1063
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımızın lisenziya turnirində rəqibləri müəyyənləşdi

İyunun 30-da Bakıda start götürəcək taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan milli komandasının 4 üzvünün rəqibləri müəyyənləşib.

Belə ki, taekvondoçularımızda Günay Ağakişiyeva (57 kq) və Ramin Əzizov (80 kq) mübarizəyə II mərhələdən qatılacaqlar. Ağakişiyeva Filka Atanasova (Bolqarıstan) – Paoli Andrea (Livan) döyüşünün qalibi ilə qarşılaşacaq. Əzizov (80 kq) isə II mərhələdə Flamur Zuberi (İsveçrə) – Lai Li (Çin) görüşünün güclüsünü gözləyəcək.

Digər taekvondoçularımıza gəlincə, Fəridə Əzizova (67 kq) ilk mərhələdə Franka Aniçlə (Slovakiya), Elvin Məmmədov (68 kq) Viktor Yankovskiylə (Çexiya) döyüşəcək.

Qeyd edək ki, idmançılarımızdan Əzizova yarışın ilk günü tatamiyə çıxacaq. Ertəsi gün Məmmədov, iyulun 2-də Ramin Əzizov nəyə qadir olduğunu nümayiş etdirəcək. Turnirin son günü – iyulun 3-də isə Ağakişiyeva mübarizəyə qoşulacaq. Yarışda yalnız mükafatçılar London Olimpiadasına vəsiqə qazanacaqlar.