18:50 30-06-2011
news_image
1082
DÖYÜŞ NÖVLƏRİ

Kəmaləddin Heydərov: Əminəm ki, bu turnir ölkəmizdə taekvondonun inkişafına yeni impuls verəcək

Bu gün Bakıda start götürən, 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən taekvondo üzrə dünya təsnifat turnirinin rəsmi açılış mərasimi olub. Apasport.az saytının məlumatına görə, yarışların təşkil edildiyi “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan mərasimdə Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti Çunq Von Ço, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimi yarışda iştirak edən ölkələrin bayraqlarının və hakimlərin zala dəvət olunması ilə başlayıb. Səhnəyə dəvət olunan Ço hamını salamladıqdan sonra Bakının belə məsul turnirə ev sahibliyindən razılığını bildirib: “Siz möhtəşəm iş görmüsünüz. Bu yarışa ev sahibi edən və onu möhtəşəm keçirən Təşkilat Komitəsinə minnətdarlığımı bildirir, idmançılara uğurlar arzlulayıram”.

Tədbirdə edən Heydərov Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də tərəqqi olduğunu vurğulayıb: “Ölkəmizdə idmanın inkişafının bünövrəsi möhtərəm prezidentimiz Heydər Əliyev tərəfindən qoyulub. Bunun nəticəsi olaraq son illərdə idmanda köklü inkişaf müşahidə olunmaqdadır. Sevindirici haldır ki, bu yolu uğurla davam etdirən hazırkı ölkə başçımız İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iş nəticəsində Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilib. Bu mütərəqqi siyasətin nəticəsidir ki, azərbaycanlı idmançılar beynəlxalq yarışlarda uğurlara imza atır, ölkəmizin idman şərəfini uca tuturlar”.

İdman növləri arasında taekvondonun öz yeri olduğu deyən ATF prezidenti bu idman növünün azarkeşlərin sevimlisinə çevrildiyini bildirib: “Məhz bunun nəticəsidir ki, taekvondo ölkəmizdə bu qədər populyarlaşıb, gənclər arasında ona bu qədər maraq yaranıb. Bakıda bir sıra mötəbər yarışları uğurlu təşkil etdiyimizə görə London Olimpiadasına vəsiqə verən lisenziya turniri keçirmək bizə etibar olundu. Əminəm ki, bu yarışın Azərbaycanın keçirilməsi ölkəmizə takevondonun inkişafına yeni impuls verəcək. Yarışı keçirməyə bizə etibar etdiklərinə Dünya Taekvondo Federasiyası, şəxsən onun prezidenti cənab Çunq Von Çoya minnətdarlıq edirəm. Bir daha yarış iştirakçılarını salamlayır, onlara məsul yarışda uğurlar arzulayıram”.

Gənclər və idman naziri Rəhimov da idmanın inkişafından, turnirin əhəmiyyətindən danışıb. O, Azərbaycanın taekvondoda London Olimpiadasına ilk lisenziya qazandığını xüsusi qeyd edərək, digər idmançılara da uğurlar arzulayıb.

Açılış mərasimin sonunda Ço Heydərov və Rəhimova xatirə hədiyyələri təqdim edib. Öz növbəsində Heydərov DTF prezidentinə ATF-in xatirə hədiyyələri və diplomlarını verib. Daha sonra idmançılar və hakimlər and içiblər. Mərasim Heydərovun yarışı açıq elan etməsi və Azərbaycan dövlət himninin səslənməsi ilə bitib.

Qeyd edək ki, 8 çəki dərəcəsi üzrə keçirilən turnirdə 109 ölkədən 345 taekvondoçu qüvvəsini sınayır. İyulun 3-ə kimi davam edəcək yarışda yalnız ilk “3-lük”də qərarlaşan idmançılar lisenziya qazanacaqlar. Azərbaycanı bu mötəbər turnirdə Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər. Yarışda London-2012-yə ilk 3 yeri tutacaq taekvondoçular vəsiqə qazanacaqlar. F. Əzizova artıq lisenziyanı təmin edib.