23:12 30-06-2011
news_image
1828
FUTBOL

“Qarabağ”lılar səfərdə coşur

Avroliqanın I təsnifat mərhələsinin “Banqa” ilə Litvadakı oyununda dubla imza atan Vüqar Nadirov futbol tariximizə düşüb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu 17 illik avrokuboklar tariximizdə 1 matçda 2 qol vuran 5-ci futbolçumuz olub. Bu dubllardan 3-ü “Qarabağ”ın oyunçularının hesabındadır. Maraqlıdır ki, onların hamısı səfər qarşılaşmalarında fərqləniblər.

Avrokuboklardakı dubllarımız

19.06.1999 Müşfiq Hüseynov (Makkabı Hayfa - Qarabağ)
22.08.1999 Vadim Vasilyev (Neftçi – Srvena Zvezda)
21.07.2008 Frliks Felipe Almeyda (Bakı - Ekranas)
15.07.2010 Əfran İsmayılov (Portadaun – Qarabağ)
30.06.2011 Vüqar Nadirov (Banqa - Qarabağ)

Qeyd edək ki, avrokuboklarda 1 het-trikimiz də var.

Vüqar XEYRULLAYEV