10:52 01-07-2011
news_image
998
STOLÜSTÜ OYUNLAR

İlk “10-luq”da Şəhriyar Məmmədyarov tək qaldı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının aparıcı şahmatçıları üçün uğursuz olub.

Belə ki, yığmamızın liderləri Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Teymur Rəcəbov hərəyə 1 pillə geriləyiblər. Nəticədə ilk “10-luq”da qrossmeysterlərimizdən yalnız Məmmədyarov yer alıb. O, 2765 xalla 10-cu yerdədir. Həşimov (2760) ondan 1 pillə geri qalır. Rəcəbov 14-cü yerdə qərarlaşıb.

Digər zəka sahiblərimiz Rauf Məmmədov isə (2679) zəka sahiblərinin sıralamasında 65-cidir.

Qeyd edək ki, reytinq siyahısına 2821 xalla Maqnus Karlsen (Norveç) başçılıq edir. İkinci pilləni hindistanlı Vişvanatan Anand (2817), üçüncü yeri isə ermənistanlı Levon Aronyan (2805) tutur.