11:28 01-07-2011
news_image
1554
DİGƏR NÖVLƏR

Azərbaycan milli komandası London-2012-yə 6 lisenziyanı birdən qazandı

Paralimpiyaçı atletlərdən ibarət Azərbaycan milli komandası növbəti uğuruna imza atıb. Milli Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumatına görə, yığmamız 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarına 6 lisenziya qazanması rəsmiləşib.

Böyük Britaniya paytaxtına vəsiqəni Oloxan Musayev, Zayets Vladimir, Oleq Panyutin, Elçin Muradov, Rza Osmanov və Hüseyn Həsənov qazanıblar. Onlar bu uğura yanvarda Zelandiyanın Kraysçörç şəhərində keçirilən dünya çempionatında və apreldə Türkiyənin Antalya şəhərində baş tutan Dünya Oyunlarında göstərdikləri nəticələrlə imza atıblar.