15:15 01-07-2011
news_image
1245
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz Sloveniyaya gedir

İyulun 7-16-da Sloveniyanın Maribor şəhərində stend atıcılığı üzrə keçiriləcək Dünya Kubokuna yollanacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli yarışda yığmamız 7 snayperlə təmsil olunacaq.

Belə ki, yarışda idmançılarımızdan hədəf önünə Olimpiya çempionumuz Zemfira Meftahəddinova, Nurlana Cəfərova, Regina Meftahəddinova, Emin Cəfərov, Xanhüseyn Bağırov (hamısı skit növündə), Elçin Babayev və Elvin İsmayılov (hər ikisi trap növündə) çıxacaqlar.

Qeyd edək ki, Olimpiadaya yalnız Dünya Kubokunun qalibləri lisenziya qazanacaq.