20:02 01-07-2011
news_image
1169
DÖYÜŞ NÖVLƏRİ

Daha 2 idmançımız yarımfinala çıxdı

Macarıstanın Kestxey şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir. Apasport.az saytının xəbərinə görə, bu gün daha 2 idmançımız yarımfinala vəsiqə qazanıb.

Araz Gülməmmədov (46 kq), Orxan Əliyev (50 kq), Nərəddin Məmmədov (52 kq) və Nurlan Nağıyevin (57 kq) ardınca, Rahil Məmmədli ilə Məhəmmədəli Tahirov da 14 final mərhələsini qələbə ilə başa vurublar. 80 kq çəki dərəcəsində mübarizə aparan Məmmədli irlandiyalı Patrik Qaffeyi 12:6 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Belarus nümayəndəsi Vitali Horinlə döyüşəcək.

Superağır çəki dərəcəsində yarışan Tahirov isə İngiltərə idmançısı Daniel Villiamsı mübarizədən kənarlaşdırıb – 13:9. Həmyerlimiz finala gedən yolda xorvatiyalı Matija Hrqoviçlə üz-üzə gələcək. İki boksçumuz – Əli Həsənov və Nəbi Bağırov isə Macarıstanda keçirilən qitə birinciliyində mübarizəni dayandırıblıar. Həsənov (63 kq) Gürcüstanı təmsil edən George Sarkisoviyə 8:14 hesabı ilə uduzub. Bağırov isə (66 kq) rusiyalı Abdulkərim Tapayevlə görüşdən məğlub ayrılıb.