14:42 02-07-2011
news_image
2451
DİGƏR NÖVLƏR

Hafiz Verdiyev Avropa çempionudur!

Çexiyanın paytaxtı Praqada pouerliftinqin WPC versiyası üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, yarışa 3 idmançı ilə yollanan yığmamız artıq medal hesabını açıb.

90 kq çəki dərəcəsində çıxış edən Hafiz Verdiyev ştanqı çiyində qaldırmada 310, yerdən dartmada 310, sinədən qaldırmada isə 212,5 kq nəticə göstərib və yekunda 832,5 kq göstərici ilə bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.

Yeri gəlmişkən, Hafiz Verdiyevin şəxsi məşqçisi dəfələrlə dünya və Avropa çempionu olmuş Rüfət Ağayevdir. Gənclər arasında 100 kq-da yarışan Azər Əliyev isə 3 hərəkətin cəmində 600 ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.