23:01 02-07-2011
news_image
2523
DÖYÜŞ NÖVLƏRİ

Cüdoçular rekorda doğru

Olimpiya çempionu Elnur Məmmədli (81 kq) ilə dünya və Avropa çempionatlarının mükafatçısı Elxan Məmmədov (90 kq) London Yay Olimpiya Oyunlarına vəsiqəni bir müddət əvvəl özlərinə təmin ediblər. Digər 3 cüdoçumuz İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Kifayət Qasımovanın (57 kq) qazandığı xallar da, hazırda onları “dördlük”də iştiraka imkan verir.

Apasport.az saytının məlumatına görə, əgər Ramilə Yusubova (63 kq) ilə Elmar Qasımov (100 kq) uğurlarını bundan sonra da davam etdirsələr, yekunda lisenziyaların sayı 7-yə yüksələcək. Bu isə, cüdoda rekord deməkdir.

Qeyd edək ki, müstəqil ölkə kimi qatıldığımız oyunlarda, bu növdə ən yaxşı göstəricimiz Pekin Olimpiadasına aiddir. Çin paytaxtında Ağayar Axunzadənin komandası 6 idmançı ilə çıxış etmişdi.

Atlanta-1996. 2 cüdoçu - Nazim Hüseynov (60 kq), Zülfiyyə Hüseynova (57 kq);
Sidney-2000. 4 cüdoçu - Elçin İsmayılov (60 kq), Mehman Əzizov (81 kq), Rəsul Səlimov (90 kq), Zülfiyyə Hüseynova (57 kq);
Afina-2004. 3 cüdo - Elçin İsmayılov (66 kq, Mehman Əzizov (81 kq), Mövlud Mirəliyev (100 kq);
Pekin-2008. 6 cüdo – Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq)

Kamran HACI