17:00 10-07-2011
news_image
1236
DÖYÜŞ NÖVLƏRİ

“Məqsədim Olimpiadaya lisenziya qazanmaqdır”

“Bərpa prosesi əla keçir. Kəmaləddin Heydərov başda olmaqla boks federasiyasının rəhbərliyi bizim üçün hər cür şərait yaradıb. Yığmamız dünya çempionatına hazırlaşmaq üçün hər şeylə təmin olunub”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan milli komandasının kapitanı Rəhim Nəcəfov (56 kq) deyib.

Lənkəran toplanışına start verən yığmanın üzvü bildirib ki, Avropa çempionatında əldə olunan uğurun davamı Bakıdakı lisenziya xarakterli dünya çempionatında gələcək: “Məqsədim dünya çempionatında London Olimpiadasına lisenziya qazanmaqdır. Fikrimcə, Bakıda təşkil olunacaq yarışda bunun öhdəsindən gələcəyəm. Yığmamızın bütün üzvləri federasiya rəhbərliyinin bizə bəslədiyi ümidləri doğrultmağa çalışacaq”.