16:20 18-07-2011
news_image
4126
STOLÜSTÜ OYUNLAR

Çində ilk qələbə - YENİLƏNİB

Çinin Ninbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın II turunda Azərbaycan millisi Hindistanla qarşılaşıb.

İlk matçda ev sahibləri ilə heç-heçə edən Vladimir Tukmakovun yetirmələri bu gün qələbə qazanıblar. Birinci oyunda macarlarla xalları yarı bölən Hindistan millisinin heyətində yalnız Krişan Saşakiran (2681) və Parimardjan Neqi (2642) həmyerlilərimizdən xal almağı bacarıb. Onlar müvafiq olaraq, Vüqar Həşimov və Qədir Hüseynovla heç-heçə oynayıblar. Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə rəqiblərinə şans verməyiblər.

II turdan sonra Azərbaycan yığmasının aktivində 3 xalı var.

II tur

AZƏRBAYCAN – HİNDİSTAN - 3:1

Teymur Rəcəbov (2744) - Pentala Xarikrişna (2669) - 1:0
Vüqar Həşimov (2760) - Krişan Saşakiran (2681) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2765) - Surya Qanqulı (2627) - 1:0
Qədir Hüseynov (2625) - Parimardjan Neqi (2642) - 0,5:0,5

Qeyd edək ki, dünya çempionatının ilk turunda Çinlə qarşılaşmada Rəcəbov Van Xao, Məmmədov Li Çao ilə heç-heçə edib. Məmmədyarovun Yu Yaniyə qalib gəldiyi görüşdə, Həşimov Van Yueyə uduzub.