13:23 18-07-2011
news_image

Dünya çempionatının təqvimi dəqiqləşdi

Bakıda keçiriləcək London Olimpiadasına lisenziya verən boks üzrə dünya çempionatının təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 26-da start götürəcək yarışın açılış mərasimi bundan bir gün əvvəl – sentyabrın 25-də saat 18:00-da başlayacaq.

Dünya çempionatı ərəfəsində (sentyabrın 24-də) şəhərimizdə AİBA-nın növbədənkənar konqresi də keçiriləcək. Tədbir yeni istifadəyə verilmiş “Kempinski Badamdar” otelində baş tutacaq.