18:00 18-07-2011
news_image
1140
STOLÜSTÜ OYUNLAR

Azərbaycan millisi ilk “üçlük”də

Çinin Ninbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatında II turun oyunları yekunlaşıb. Apasport.az saytının məlumatına görə, ilk matçda Çinlə heç-heçə, ikinci görüşdə Hindistanı məğlub edən Azərbaycan millisi liderlər qrupunda yer alıb.

3-cü pillədə qərarlaşan şahmatçılarımızı hər 2 turu qələbə ilə başa vuran Rusiya komandası 1 xal qabaqlayır. Ermənistan isə şəxsi göstəricilərə görə həmyerlilərimizdən öndədirlər.

Rusiya – Macarıstan – 3:1
AZƏRBAYCAN – Hindistan – 3:1
Ukrayna – Çin – 1,5:2,5
İsrail – Misir – 3:1
ABŞ – Ermənistan – 2:2

Komanda
O
Q
H
M
X
ŞG
1. Rusiya     
2
2
0
0
4
6
2. Ermənistan
2
1
1
0
3
5,5
3. Azərbaycan
2
1
1
0
3
5
4. Çin
2
1
1
0
3
4,5
5. Ukrayna
2
1
0
1
2
4
6. İsrail
2
1
0
1
2
3,5
7. Hindistan
2
0
1
1
1
3
8. Macarıstan
2
0
1
1
1
3
9. ABŞ
2
0
1
1
1
3
10. Misir
2
0
0
2
0
2,5


Qeyd edək ki, Azərbaycan millisi sabah Macarıstanı sınağa çəkəcək.