11:07 19-07-2011
news_image

Cüdoçularımız 1 qızıl, 2 bürünclə qayıdır

Türkiyənin İstanbul şəhərində cüdo üzrə keçirilən kişi və qadınlar arasında Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 gün davam edən yarışı Azərbaycan millisi 1 qızıl və 2 bürünc medalla başa vurub.

Fərhad Məmmədovun rəhbərliyi altında çıxış edən cüdoçularımızdan Orxan Səfərov (60 kq) bütün rəqiblərini məğlub edib. Samir Dadaşzadə (66 kq) və Rüstəm Alimli (81 kq) isə bürünc medalla kifayətləniblər.

Digər cüdoçularmız - Rasim Əsədullayev (60 kq) və Timur Əlixanov (90 kq) yarışı 5-ci pillədə başa vurublar.