14:18 19-07-2011
news_image

Boksçularımız Qazaxıstana yollanırlar

İyulun 23-də Qazaxıstanın paytaxtı Astanada yeniyetmə boksçular arasında dünya birinciliyi start götürəcək. Apasport.az satının məlumatına görə, yarışda 50-dən çox ölkənin 600-ə yaxın idmançısının iştirakı gözlənilir. Turnir 13 çəki dərəcəsi üzrə keçiriləcək.

Azərbaycan dünya birinciliyində 12 çəki dərəcəsində təmsil olunacaq. Məşqçilər yalnız 66 kq çəki dərəcəsində Astanaya heç kimi aparmayıblar. Baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında yarışda Elnur Şəfizadə (46 kq), Məsud Yusifzadə (48 kq), Malik Muradov (50 kq), Nəsrəddin Məmmədov (52 kq), Peyman Yusifli (54 kq), İman Əhmədli (57 kq), Nurlan Nağıyev (60 kq), Fuad Mustafayev (63 kq), Orxan Mayıllı (70 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) mübarizə aparacaq.

Dünya birinciliyinin final döyüşləri iyulun 30-da keçiriləcək.