17:06 20-07-2011
news_image
4678
STOLÜSTÜ OYUNLAR

Dünya çempionlarına şahmat dərsi - YENİLƏNİB

Çinin Ninbo şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün IV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, son matçda Macarıstan yığmasına uduzan Azərbaycan millisi mundialın son qalibi Rusiyaya qarşı mübarizə aparıb.

Millimizin kapitanı Vladimir Tukmakov şimal qonşularımıza qarşı II turda Hindistan üzərində inamlı qələbə qazanan heyətə şans verib. O, yenidən Şəhriyar Məmmədyarovu III lövhəyə qaytarıb və Qədir Hüseynovu “döyüşə” atıb. Sevindiricidir ki, bu heyət yenidən özünü doğruldub.

Məmmədyarov və Rəcəbovun heç-heçə etdiyi matçda Həşimov və Qədirov inamlı qələbə qazanıblar – 3:1. Bu isə son dünya çempionlarının həmçinin, Ninboda ilk məğlubiyyəti olub.



IV tur

RUSİYA – AZƏRBAYCAN - 1:3
Sergey Karyakin (2788) – Teymur Rəcəbov (2744) - 0,5:0,5
Aleksandr Qrişuk (2746) – Vüqar Həşimov (2760) - 0:1
Yan Nepomnyaşi (2711) – Şəhriyar Məmmədyarov (2765) - 0,5:0,5
Peter Svidler (2739) – Qədir Hüseynov (2625) -0:1

UKRAYNA – MACARISTAN - 1,5:2,5
İSRAİL – HİNDİSTAN -1,5:2,5
ERMƏNİSTAN – MİSİR - 3,5:0,5
ABŞ – ÇİN - 0,5:3,5

Komanda
O
Q
H
M
X
ŞG
1. Ermənistan
4
2
2
0
6
11
2. Azərbaycan
4
2
1
1
5
9,5
3. Çin
4
2
1
1
5
9,5
4. Rusiya
4
2
1
1
5
9
5. Macarıstan
4
2
1
1
5
8
6. Ukrayna
4
2
0
2
4
8
7. İsrail
4
2
0
2
4
7,5
8. Hindistan
4
1
1
2
3
7
9.ABŞ
4
1
1
2
3
7
10. Misir
4
0
0
4
0
3,5


Qeyd edək ki, ilk turda Çinlə heç-heçə edən millimiz II turda Hindistan yığmasına 3:1 hesabı ilə qalib gəlib. III turda isə Macarıstan yığması həmyerlilərimizi 2,5:1,5 hesabı ilə məğlub edib.