Azərbaycan yığması olimpiya çempionuna qarşı
Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında sabah V turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 4 görüşdən 5 xal toplayan Azərbaycan millisi növbəti matçda Olimpiya çempionu Ukrayna yığması ilə qarşılaşacaq.
Yeni kapitanımız Vladimir Tukmakovun rəhbərliyi altında Olimpiadanın qızıl medallarını qazanan rəqib isə 4 turdan sonra 2 qələbə qazanıb, eyni sayda da uduzub.
Qeyd edək ki, 4 qarşılaşmanın yekununa görə millimiz 2-ci, ukraynalılar isə 6-cı yerdə qərarlaşıblar.