17:36 21-07-2011
news_image
5096
STOLÜSTÜ OYUNLAR

Olimpiya çempionları yığmamızı dayandırdı - YENİLƏNİB

Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında bu gün V turun oyunları təşkil edilib. Apasport.az saytının məlumatına görə, 4 görüşdən 5 xal toplayan Azərbaycan millisi bu dəfə son Olimpiya çempionu Ukrayna yığması ilə qarşılaşıb.

Kapitanımız Vladimir Tukmakov sabiq komandasına qarşı Rusiya və Hindistan üzərində qələbə qazanan heyəti buraxıb. O, sadəcə 1 dəyişiklik edib ki, bu da lövhələrlə bağlıdır. Belə ki, Şəhriyar Məmmədyarovu III lövhəyə qaytaran Tukmakov Hüseynovu IV lövhədə oynadıb.

Lakin qalib heyət bu dəfə ümidləri doğrultmayıb və qələbə seriyası qırılıb. Belə ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov heç-heçə etdikdən sonra bütün diqqətlər Qədir Hüseynova yönəlsə də, o, ən azından bərabərliyi qoruya bilməyib. Ağ fiqurlarla oynayan Aleksandr Moiisenko 77-ci gedişdə həmyerlimizi mat edib.

Nəticədə Rusiya üzərində parlaq qələbədən sonra ukraynalılara 1,5:2,5 hesablı məğlubiyyət millimizin 3 pillə geriləməsinə səbəb olub. Hazırda I yerdən 2,5 xal geri qalan təmsilçilərimiz 6-cı pillədədirlər.

Çini məğlub edən Ermənistan şahmatçıları vahid liderliklərini davam etdirirlər. İkinci yerdə Rusiya, üçüncü pillədə isə Macarıstan yığmaları qərarlaşıblar.

V tur

AZƏRBAYCAN - UKRAYNA - 1,5:2,5
Teymur Rəcəbov (2744) – Vasili İvançuk (2768) - 0,5:0,5
Vüqar Həşimov (2760) – Pavel Elyanov (2697) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2765) – Zahar Yefimenko (2706) - 0,5:0,5
Qədir Hüseynov (2625) – Aleksandr Moisenko (2715) - 0:1

ÇİN – ERMƏNİSTAN - 1,5:2,5
MACARISTAN – İSRAİL - 3,5:0,5
MİSİR – RUSİYA - 1:3
HİNDİSTAN – ABŞ - 1:3

Komanda
O
Q
H
M
X
ŞG
1. Ermənistan
5
3
2
0
8
13,5
2. Rusiya
5
3
1
1
7
12
3. Macarıstan
5
3
1
1
7
11,5
4. Ukrayna
5
3
0
2
6
10,5
5. Çin
5
2
1
2
5
11
6. Azərbaycan
5
2
1
2
5
11
7. ABŞ
5
2
1
2
5
10
8. İsrail
5
2
0
3
4
8
9. Hindistan
5
1
1
3
3
8
10. Misir
5
0
0
5
0
4,5


Qeyd edək ki, ilk turda Çinlə heç-heçə edən millimiz II turda Hindistan yığmasına 3:1 hesabı ilə qalib gəlib. III turda isə Macarıstan yığması həmyerlilərimizi 2,5:1,5 hesabı ilə məğlubiyyətin ardından Rusiyadan 2 xal alıb.