18:10 21-07-2011
news_image
1041
STOLÜSTÜ OYUNLAR

Növbədə İsrail yığmasıdır

Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında sabah istirahət günüdür. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması da daxil olmaqla 10 milli komandanın iştirakı ilə keçirilən mundialda zəka sahibləri 5 turdan sonra dincələcəklər.

VI turun qarşılaşmalarına iyulun 23-də start veriləcək. Həmin gün Azərbaycan şahmatçıları israilli həmkarlarını sınağa çəkəcəklər.

Qeyd edək ki, 5 turdan sonra aktivində 5 xalı olan təmsilçilərimiz 6-cı yerdə, rəqib isə 4 xalla 8-ci pillədə qərarlaşıb.