12:45 22-07-2011
news_image

Milli komandamızın 3 üzvü Almaniyaya yollandı

Almaniyada keçiriləcək cüdo üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 23-24-də Hamburq şəhərində baş tutacaq yarışa 3 cüdoçumuz qatılacaq.

Yığmamızın üzvlərindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Ramin Qurbanov (90 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, millimizin digər əsas üzvləri isə yarışdan sonra təlim-məşq toplanışında iştirak edəcəklər.