23:22 22-07-2011
news_image

Taekvondoçularımız Vladivostoka yollanırlar

Azərbaycan taekvondoçuları iyul 29-31-də Vladivostokda keçiriləcək peşəkarlar arasında beynəlxalq turnirdə mübarizə aparacaqlar. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız səfərə baş məşqçi Jon Jonqbayın rəhbərliyi ilə yollanacaq.

Koreyalı mütəxəssis heyətə 6 idmançı daxil edib. Bunlar Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi 74 kq), Kim Kvanqseok (75 kq), Ramik Nəzərov, Fərid Tağızadə və Təvəkkül Bayramovdur (hər üçü 80 kq).