09:19 23-07-2011
news_image

Dünya çempionatına yollanacaq heyət məlumdur

Taekvondo üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandaları iyul 29-31-də Vladivostokda keçiriləcək pumse üzrə dünya çempionatında çıxış edəcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 30 yaxın ölkədən 570 idmançının qatılacağı yarışda ölkəmizin idman şərəfini Günay Zeynalova, Kazım Kazımov, Kənan Qurbanov, Şahmar Nağıyev və Xəyalə Məmmədova qoruyacaqlar.

Taekvondoçularımıza baş məşqçi Etibar İbrahimov rəhbərlik edəcək. İyulun 25-də Rusiyaya yollanacaq idmançılarımız avqustun 2-də vətənə dönəcəklər.