10:07 23-07-2011
news_image
1170
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov hamıdan öndə, Rauf Məmmədov siyahıya düşmədi

Çinin Ninbo şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 5 turun yekununa əsasən lövhələr üzrə ən yaxşıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandasının heyətində hələlik ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. Kapitan Vladimir Tukmakovun əsasən ağ fiqurlarla oynatdığı (ona bəzən 3-cü lövhədə yer verir) qrossmeysterimiz IV lövhədə 2-ci yerdədir. O, 5 turdan sonra lider Aleksandr Moiisenko ilə eyni xal toplasa da, rəqibindən 1 görüş çox keçirib.

Yığmamızın digər üzvləri – Teymur Rəcəbov I lövhədə 3-cü, Vüqar Həşimov II lövhədə və Qədir Hüseynov əvəzedici lövhədə 4-cü yerdə qərarlaşıb. Həmyerlilərimizdən yalnız Rauf Məmmədov bu siyahıda yer almayıb.

Qeyd edək ki, iyulun 26-da yekunlaşacaq mundialda 5 matçın yekununa əsasən Azərbaycan milli komandası 5-ci pilləni tutur. Şahmatçılarımız bu gün İsrail yığması ilə oynayacaq.

I lövhə

Şahmatçı
Reytinq
Ölkə
Oyun
Xal
Faizlə
1. Peter Leko
2717
Macarıstan
5
3,5
70,0
2. Levon Aronyan
2805
Ermənistan
4
2,5
62,5
3. Teymur Rəcəbov
2744
AZƏRBAYCAN
5
3
60,0
4. Qata Kamski
2741
ABŞ
5
3
60,0


II lövhə

Şahmatçı Reytinq Ölkə Oyun Xal Faizlə
1. Yue Vanq2709Çin53,570,0
2. Sergey Movsesyan2700Ermənistan53,570,0
3. Aleksandr Qrişuk2746Rusiya42,562,5
4. Vüqar Həşimov 2760 AZƏRBAYCAN 5 2,5 50,0
5. Krişnan Sasikiran 2681Hindistan52,550,0


III lövhə

Şahmatçı
Reytinq
Ölkə
Oyun
Xal
Faizlə
1. Yan Nepomnyaşi
2711
Rusiya
5
4
80,0
2. Yudit Polqar
2699
Macarıstan
5
3,5
70,0
3. Vladimir Akopyan
2667
Ermənistan
5
3,5
70,0


IV lövhə

Şahmatçı
Reytinq
Ölkə
Oyun
Xal
Faizlə
1. Aleksandr Moiisenko
2715
Ukrayna
4
3,5
87,5
2. Şəhriyar Məmmədyarov
2765
AZƏRBAYCAN
5
3,5
70,0
3. Çaba Baloq
2643
Macarıstan
5
3
60,0
Qabriel Sarkisyan
2663
Ermənistan
5
3
60,0


Əvəzedici lövhə

Şahmatçı
Reytinq
Ölkə
Oyun
Xal
Faizlə
1. Robert Hiss
2609
ABŞ
3
2
66,7
2. Nikita Vityukov
2733
Rusiya
3
1
66,7
3. Tamir Nabati
2584
ABŞ
5
2,5
50,0
4. Qədir Hüseynov
2625
AZƏRBAYCAN
3
1,5
50,0