18:17 24-07-2011
news_image
1222
STOLÜSTÜ OYUNLAR

Lider və düşmənə qarşı

Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları sabah keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda uğursuz çıxış edən Azərbaycan milli komandası çempionatın lideri Ermənistan yığması ilə qarşılaşacaq. Üzdəniraq qonşularımızı çempionluq arzusunu gözündə qoymaq üçn yığmamız hökmən qələbə qazanmalıdır. Çünki ən yaxın izləyicisini 3 xal qabaqlayan rəqib qalib gələcəyi halda son turdan asılı olmayaraq çempionluğu bayram edəcək. Hətta heç-heçə də erməniləri vaxtından əvvəl çempion edə bilər. Bu, Çin və Ukraynanın xal itirməsi halında mümkündür. Elə buna görə də yığmamız qələbə qazanmağa borcludur.

Rusiya – İsrail
ABŞ – Ukrayna
Ermənistan – Azərbaycan
Misir – Macarıstab
Çin – Hindirstan

Qeyd edək ki, ilk turda Çinlə heç-heçə edən millimiz II turda Hindistan yığmasına 3:1 hesabı ilə qalib gəlib. III turda isə Macarıstan yığması həmyerlilərimizi 2,5:1,5 hesabı ilə üstələyib. Ardından Rusiyadan 2 xal alan (3:1) millimiz son 3 turda 2 məğlubiyyətə üzülüb. V turda Ukrayna, VII turda isə ABŞ yığması eyni – 2,5:1,5 hesabına sevinib. VI turda isə İsraillə xallar yarı bölünmüşdü.