08:21 25-07-2011
news_image

Avropa Kubokunda 2 bürünc medala sevindik

Almaniyanın Hamburq şəhərində cüdo üzrə keçirilən Avropa Kubokunun qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa 3 idmançı ilə qatılan Azərbaycan milli komandasının qazancı 2 bürünc medal olub.

Yığmamızın üzvlərindən Nicat Şıxəlizadə (66kq) və Ramin Qurbanov (81 kq) fəxri kürsünün üçüncü pilləsində yer almağı bacarıblar.
Qeyd edək ki, Avropa Kubokundan sonra cüdoçularımız Almaniyada təlim-məşq toplanışı keçəcəklər.