08:31 25-07-2011
news_image
1085
DİGƏR NÖVLƏR

Camal Rəhimovdan son nöqtə

Binə Atçılıq Mərkəzində konkur növü üzrə keçirilən CSI2* kateqoriyalı “Günay Kuboku” Beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin sonuncu günündə Azərbaycan idmançısı Camal Rəhimov “Platine E” ləqəbli atla “Günay Bank”ın mükafatı uğrunda yarışların qalibi olub.

Ümumi mükafat fondu 124 min ABŞ dolları olan turniri digər çaparımız - Seyid Musayev də medalsız başa vurmayıb. O, “Nabad de Belou” ləqəbli atla gümüş medala layiq görülüb. Polşa idmançısı Alessandro Lussioni isə “Kalinka” ləqəbli atla ilk “üçlüyü” qapayıb.

2012-ci ildə London Yay Olimpiya Oyunlarına lisenziya xalı verən turnirdə Rəhimov 50, Musayev 45, Lussioni isə 40 xal qazanıblar.