17:00 25-07-2011
news_image
5986
STOLÜSTÜ OYUNLAR

Yığmamız Ermənistanı büdrətdi - YENİLƏNİB

Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın son turlarında qələbəyə həsrət olan Azərbaycan milli komandası lider Ermənistan yığmasını büdrətməyi bacarıb.

Kapitan Vladimir Tukmakov son turla müqayisədə heyətdə dəyişiklik etməyib. O, ermənilərlə dueldə ABŞ-a məğlub olan heyətə güvənib. Lakin Rəcəbov, Həşimov, Məmmədov və Məmmədyarov dördlüyü mənfur qonşularımızın mundialda vaxtından əvvəl çempionluq sevincini ürəklərində qoyub - 2:2. Düzdür, komandamız hələ qələbə də qazana bilərdi. İlk 2 lövhədə qeydə alınan heç-heçədən sonra Şəhriyar yığmamızı hesabda önə çıxarsa da, Raufun məğlubiyyəti hər 2 komandanın 1 xal qazanması ilə nəticələnib.

Beləliklə, dünya çempionatının başa çatmasına 1 tur qalmış Azərbaycan milli komandası medal qazanmaq şansını birdəfəlik itirib. Buna səbəb həmyerlilərimizin xal itirməsi və onlardan irəlidə olan yığmaların qələbə qazanması olub. Zəka sahiblərimiz ən yaxşı halda isə dünya çempionatını 6-cı yerdə bitirə bilərlər.

I yerdə hələlik Ermənistan şahmatçıları qərarlaşıblar. Lakin onlar sabah II pillədə gedən Ukrayna ilə qarşılaşacaqlarından və bu dueldə məğlub olmaları real sayıldığından, çempionluq şanslarını itirə bilərlər. Belə olan halda Çin qalib gələrsə, onlar da qızıl medallara iddia edəcək. Bunun üçün isə sonda çempionluğu əlavə göstəricilər müəyyənləşdirəcək.

ERMƏNİSTAN – AZƏRBAYCAN - 2:2
Levon Aronyan 2805) - Teymur Rəcəbov (2744) – 0,5:0,5
Sergey Movsesyan (2700) - Vüqar Həşimov (2760) – 0,5:0,5
Vladimir Akopyan (2667) - Rauf Məmmədov (2679) - 1:0
Qabriel Sarkisyan (2663) - Şəhriyar Məmmədyarov (2765) – 0:1

ABŞ – UKRAYNA - 1,5:2,5
ÇİN - HİNDİSTAN - 3:1
RUSİYA – İSRAİL 4:0
MİSİR - MACARISTAN - 1:3

Komanda
O
Q
H
M
X
ŞG
1. Ermənistan
8
5
3
0
13
20,5
2. Çin
8
5
1
2
11
20
3. Ukrayna
8
5
1
2
11
17,5
4. Rusiya
8
4
2
2
10
19,5
5. Macarıstan
8
4
2
2
10
18
6.ABŞ
8
3
2
3
8
16
7. Azərbaycan
8
2
3
3
7
16,5
8. Hindistan
8
2
1
5
5
13
9. İsrail
8
2
1
5
5
11,5
10. Misir
8
0
0
8
0
7,5


Qeyd edək ki, ilk turda Çinlə heç-heçə edən millimiz II turda Hindistan yığmasına 3:1 hesabı ilə qalib gəlib. III turda isə Macarıstan yığması həmyerlilərimizi 2,5:1,5 hesabı ilə üstələyib. Ardından Rusiyadan 2 xal alan (3:1) şahmatçılarımız son 3 turda 2 məğlubiyyətə üzülüb. V turda Ukrayna, VII turda isə ABŞ yığması eyni – 2,5:1,5 hesabına sevinib. VI turda isə İsraillə xallar yarı bölünmüşdü.