11:30 26-07-2011
news_image

2 boksçumuz daha 1 mərhələ adladı

Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə rinqə çıxan idmançılarımızdan ikisi qələbə qazanıb, ikisi isə məğlub olub.

52 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov ukraynalı Stanislav Qatskonu 17:7 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. İman Əhmədli (57 kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyib. Boksçumuz Cənubi Koreya təmsilçisi Honq İn Pyoya 8:13 hesabı ilə uduzub. 70 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı isə rinqi qalib tərk edib. Həmyerlimiz Belarus idmançısı Qleb Sinkeviçdən üstün olub – 13:8. Günün sonunda rinqə çıxmış Rahil Məmmədli (80 kq) gərgin mübarizədə Rusiya nümayəndəsi Ruslan Yurçenkoya 1 xal fərqlə uduzub – 15:16.
Bu gün dünya birinciliyində daha 6 boksçumuz növbəti görüşlərini keçirəcəklər:

46 kq - Elnur Şəfizadə - Şaxtimurad Muradov (Türkmənistan)
50 kq – Malik Muradov – Camal Qasım (İraq)
54 kq – Peyman Yusifli – Beqzan Kibitkal (Qazaxıstan)
60 kq - Nurlan Nağıyev – Fraser Qorn (Şotlandiya)
75 kq – Nəbi Bağırov – Loran Batti (İsveç)
80+kq – Məhəmmədəli Tahirov – Rayan Foulds (Avstraliya)

Qeyd edək ki, dünya birinciliyinin qaliblər iyulun 30-da müəyyənləşəcək.