15:00 26-07-2011
news_image
1588
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov nümunəsi - ARAŞDIRMA

Azərbaycan yığmasının heyətində Çinin Ninbo şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatında ən çox xal toplayan şahmatçısının adı müəyyənləşib. Apasport.az saytının hesablamalarına görə, millimizə ən çox fayda verən zəka sahibi Teymur Rəcəbovdur.

9 turun hamısında I lövhədə yer alan qrossmeysterimiz 5,5 xal toplayıb. O, 3 görüşdə rəqibini mat etdiyi halda, 5 matçda heç-heçəyə imza atıb. Yalnız VII turda Qata Kamski (ABŞ) Rəcəbovu xalsız qoyub.

Komandamızın aktivinə Vüqar Həşimov və Şəhriyar Məmmədyarov hərəyə 5 xal yazdırıblar. Onlar II və III lövhədə (Şəhriyar taktikaya uyğun IV lövhədə də oynayıb) müvafiq olaraq, 1 və 2 dəfə məğlubiyyət acısı yaşayıblar. Belə ki, əgər Vüqar startdaca büdrəmişdisə, Şəhriyar son 3 turda 2 dəfə şahmat taxtası arxasından mat olaraq, qalxıb.

Növbə ilə oynayan Rauf Məmmədov və Qədir Hüseynov birlikdə cəmi 3,5 xal yığıblar. Bu xallardan 2-si 4 oyun keçirən Qədirin, 1,5-i isə 5 matça çıxan Raufun payına düşüb.

Qeyd edək ki, yığmamız mundialda 7-ci yeri tutub. Bundan öncə Bursada keçirilən analoji yarışda isə onlar 4-cü olmuşdular.

Şahmatçılar
I tur
II tur
III tur
IV tur
V tur
VI tur
VII tur
VIII tur
IX tur
Teymur Rəcəbov
0,5
1
0,5
0,5
0,5
1
0
0,5
1
Vüqar Həşimov
0
0,5
0,5
1
0,5
0,5
0,5
0,5
1
Şəhriyar Məmmədyarov
1
1
0,5
0,5
0,5
0,5
0
1
0
Rauf Məmmədov
0,5
-
0
-
-
0
1
0
-
Qədir Hüseynov
-
0,5
-
1
0
-
-
-
0,5


Şahmatçılar
Oyun
Xal
Teymur Rəcəbov
9
5,5
Şəhriyar Məmmədyarov
9
5
Vüqar Həşimov
9
5
Rauf Məmmədov
5
1,5
Qədir Hüseynov
4
2