16:42 28-07-2011
news_image
3214
DİGƏR NÖVLƏR

“Bizə Bakıda dedilər ki, şəhərə şortikdə çıxmayın”

Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2011” turnirinin finalçısı Kseniya Pervak Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, rusiyalı idmançı maraqlı məqamlara toxunub.

- Siz Bakıdan qayıtmısınız. Oralarda hava necə idi?
- Bakı ilə müqayisədə Moskvada çox soyuqdur.

- Burda indi +35 dərəcədir...
- Orda isə kölgədə +45-dir. Üstəlik, yüksək rütubət də var. Bundan əvvəl Avstriyada turnirdə iştirak edirdim. Orda əksinə soyuq idi, cəmi +9. Belə uyğunlaşma çox çətin idi. Heç bilmirəm ki, necə oynadım. İlk oyunda belə havaya öyrəşən tailandlı qızla qarşılaşırdım. Mənim dilim dizimdən uzun sallanmışdı, o isə “top kimi” idi. Artıq 2-ci setdə uduzmalı idim. Bilmirəm, heç hansı möcüzə ilə 3-cü setdə 2:5 uduzarkən dönüş yarada bildim. Sonrakı oyunlar axşamüstü saat 5-6-da başladığından nisbətən rahat idi.

- WTA niyə belə şəraitdə yarışa icazə verir?
- Tennisdə belə terminlər var: “heat row in” və “heat row out”. Birinci variantda setlər arası fasilə 10 dəqiqə olur və duşa qaçmaq mümkündür. İkinci variantda isə fasilə yoxdur. Ən maraqlısı odur ki, bunlardan hansının olmasına ofisdə əyləşib, 40 dərəcə istidə oynamağın nə olduğunu bilməyənlər qərar verir. Onların fikrincə, +40 dərəcə sərindir və oynamaq olar.

- Belə isti ilə necə mübarizə aparmaq olar?
- Bunun üçün nələr etmirdim ki... Əlbəttə ən yaxşısı buzdur.

- Finaldan sonra görünürdü ki, ayaq üstə zorla dayanırsınız...
- Elə dediyiniz kimi idi. Vera Zvonaryova kortda möhtəşəm hərəkət edirdi. Onunla ayaqlaşmaq mümkün deyildi.

- Bakı publikası necə idi?
- Çox xoş publika var idi. Mənim xoşuma gəldi. Xüsusilə, yarımfinal və finalda daha çox azarkeş vardı. Bizi yalnız bir şeylə bağlı xəbərdarlıq etmişdilər. Demişdilər ki, yaxşısı budur şəhərə şortikdə çıxmayın. Özü də ki, mən sarışınam.
SPORTS.RU