10:19 30-07-2011
news_image
940
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “Baku Open”də

Avqustun 6-da Buzovnada şahmat üzrə ənənəvi “Baku Open” beynəlxalq şahmat turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, turnirdə Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov da iştirak edəcək.

Qeyd edək ki, Fransisko Valyexo, Lenyer Dominqes, Aleksey Dreyev, Emil Sutovski, Dmitriy Andreykin, Sergey Jiqalko, Lazaro Bruzon, Rauf Məmmədov, İlya Smirin və bu kimi şahmatçıların iştirak edəcəyi turnirdə Şəhriyar reytinq favoritidi.