20:55 01-08-2011
news_image
1059
DÖYÜŞ NÖVLƏRİ

2013-cü ildə dünya çempionatı Astanada keçiriləcək

2013-cü ildə boks üzrə dünya çempionatı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Apasport.az saytının xəbərinə görə, AİBA prezidenti Çinq Kuo Vu Qazaxıstan Boks Federasiyasının yarışı təşkil etmək arzusunda olduğunu bildirib: “Qazaxıstan tərəfinin bütün öhdəliklərini dinlədikdən və yarışa hazırlıq proqramı ilə tanış olduqdan sonra İcraiyyə Komitəsi yekdilliklə bunun lehinə səs verdi”.

Astana bu günlərdə yeniyetmələr arasında dünya birinciliyinə də ev sahibliyi edib. AİBA İcraiyyə Komitəsinin toplantısında daha bir tarixi qərar qəbul olunub. Doktor Vu artıq AİBA-nın nəznində yeni qurumun yaradıldığını bildirib: “Yeni beynəlxalq təşkilat APB (AİBA Professional Box) adlanır. Bu o deməkdir ki, AİBA-nın daxilində peşəkar boks assosiyasiyası fəaliyyət göstərəcək. APB-nin əsas qayəsi gələcəkdə bütün peşəkar boksçuları öz ətrafında birləşdirməkdir. Çinq Kuo Vunun sözlərinə görə, yeni təşkilatın məqsədi boksçuların hüquqlarını qorumaqdır: “Peşəkar boks yarışlarından əldə olunmuş bütün gəlirlər boksçuların inkişafı üçün xərclənməlidir. Bizim məqsədimiz idmançıların sosial təminatlarını ödəməkdir”.