10:35 02-08-2011
news_image
1355
STOLÜSTÜ OYUNLAR

Rusiya yığmasının baş məşqçisi istefa verdi

Rusiyanın şahmat yığmasının baş məşqçisi Yevgeni Bareyev istefa verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Çində keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra postundan ayrılıb.

Ruslar həmin yarışda milli komandamıza da uduzaraq, mükafatçılar sırasına düşə bilməmişdi. Halbuki, şimal qonşularımız 2 il öncə Bursada keçirilən dünya çempionatının qalibi olmuşdu. Rusiya yığması Bareyevin rəhbərliyi altında 2004-cü ildə Xantı-Mansiyksdə keçirilən Şahmat Olimpiadasının gümüş medalını qazanıb.

Qeyd ki, milli komandamız son dünya çempionatında 6-cı yeri tutub.