12:03 04-08-2011
news_image
1057
DİGƏR NÖVLƏR

Ən qoca olimpiya çempionu 100 yaşında vəfat etdi

Ən yaşlı olimpiya çempionu Attilio Pavezi 100 yaşında ölüb. O, avqustun 3-də Argentinanın paytaxtı Buenos-Ayresdə dünyasını dəyişib. 1932-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında Pavezi İtaliya yığmasının üzvü kimi 2 qızıl medal qazanıb. O, velosiped idmanı növündə fərdi və komanda şəklində şosse yürüşlərində qalib olub. Komanda yürüşündə onunla birgə Cüzeppe Olmo və Gilyermo Seqato da iştirak edib.

Qeyd edək ki, ikiqat olimpiya çempionu Attilio Pavezi 1 oktyabr 1910-cu ildə İtaliyanın Kaorso şəhərində doğulub. O, ailənin 11-ci övladı olub. İkinci dünya müharibəsi başlanarkən Pavezi Argentinaya yollanıb. İdmançı orada veloyürüşlərin təşkili ilə məşğul olub və Argentina vətəndaşlığı alıb.
Lent.az