16:44 06-08-2011
news_image
1070
DÖYÜŞ NÖVLƏRİ

“Hacıkənddə təmiz hava uduram”

"Təlim-məşq toplanışları yenicə başa çatıb. İki gündür ki, Azərbaycana gəlmişik. Komandanın məşqçilər korpusu bizi 1 həftəlik istirahətə buraxıb. Fürsətdən istifadə edib, Hacıkənddə təmiz hava uduram".

Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan qadın cüdosunun lideri Kifayət Qasımova (57 kq) deyib. Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı bildirib ki, London olimpiadasına vəsiqə qazanıb, oradan medalla dönmək istəyir: "Qarşıda hələ çox yarışlar var. Olimpiadaya qalmış 1 il müddəti lazımınca dəyərləndirməliyik. Olimpiadada yarışıb medal qazanmaq istəyirəm. 99 faiz əminəm ki, lisenziya qazanacağam. İnşallah, London olimpiadasından sonra şəxsi həyat barədə düşünəcəyəm".

Qasımova bir neçə gündən sonra London olimpiadasına lisenziya xarakterli dünya çempionatının hazırlıqlarına başlayacaqlarını bildirib: "Qısa müddətli istirahətdən sonra növbəti həftənin bazarertəsi bir araya gəlib dünya çempionatının hazırlığına start verəcəyik".

Qeyd edək ki, Kifayət Qasımova Azərbaycanın ən titullu qadın idmançılarından biridir.