23:15 08-08-2011
news_image
2183
DİGƏR NÖVLƏR

Azərbaycan London-2012-yə daha bir lisenziya qazandı

Serbiyanın paytaxtı Belqradda atıcılıq üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz İradə Aşumova yarışda uğurla çıxış edərək, 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qitə çempionatında qadınlar arasında pnevmatik tapançadan 25 metr məsafəyə gülləatma yarışlarında Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Aşumova 6 seriyanın yekununda 577 xal toplayıb. Bu nəticə ilə atıcımız mükafatçılar sırasına düşə bilməsə də, London Olimpiadasına vəsiqəni təmin edib.

Qeyd edək ki, Aşumova London-2012-yə vəsiqə qazanan beşinci idmançımız olub.