09:35 13-08-2011
news_image

Dünya çempionatında medallarımızın sayı 3-ə çatdı

Ukraynanın paytaxtı Kiyevdə keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya birinciliyinin ikinci gününü də Azərbaycan milli komandası medalla başa vurub. Apasport.az saytının məlumatına görə, tatamiyə çıxan 5 cüdoçümuzdan 2-si ilk “3-lüyə” düşməyi bacarıb.

Belə ki, həmyerlilərimizdən Rəşad Rufullayev (60 kq) və Hüseyn Rəhimli (66 kq) dünya çempionatının yarımfinalında məğlub olsalar da, təsəlliverici görüşlərdə qələbəyə seviniblər. Nəticədə onlar bürünc medallara sahib olaraq, komandamızın medal ehtiyatını artırıblar.

Qeyd edək ki, bununla da yarışda Azərbaycan yığmasının qazandığı medalların sayı 3-ə çatıb. Dünya çempionatının ilk günündə Sadıq Məhərrəmov (50 kq) üçüncü olmağı bacarmışdı. Mundialda bu gün daha 5 cüdoçümuz mübarizəyə qoşulacaq.