09:28 15-08-2011
news_image
1282
DİGƏR NÖVLƏR

Yığmamız Universiadada ilk medalını qazanıb

Avqustun 13-də Çinin Şenjen şəhərində start götürən Tələbələrin 26-cı Yay Universiadasında Azərbaycan milli komandası ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə medalı cüdoçumuz Rüstəm Alimli (81kq) yazdırıb.

Belə ki, Alimli startda amerikalı Brian Pereyra ilə qarşılaşıb və onu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə ukraynalı Vitali Popoviç də eyni aqibəti yaşadan idmançımız 1/4 finalda rusyalı Murat Kobaçirovu da keçməyi bacarıb. Yarımfinalda isə Rustəm isveçrəli Viktor Olvira həmyerlimizin ippon fəndinə məruz qalıb. Lakin finalda yaponiyalı Kaşakami Tomohiro ilə qarşılaşma təmsilçimiz üçün uğursuz alınıb və o, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Universiadada ölkəmizi Fərhad Məmmədovun rəhbərliyi altında 5 cüdoçu – Rasim Əsədullayev (60 kq), Rüstəm Orucov (66 kq), Rüstəm Alimli (81) və Emil Tahirov (+100 kq) təmsil edir. Təəssüf ki, onlardan Tahirov və Qurbanov isə çıxışlarını nailiyyətsiz başa vurublar.