14:50 15-08-2011
news_image
903
STOLÜSTÜ OYUNLAR

İddiaçıların turnirinə qatılmaq üçün 2 yol

2012-ci ildə keçiriləcək şahmat üzrə dünya tacına iddiaçılarının turnirinin reqlamentinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda hər il olduğu kimi, yenə də 8 zəka sahibi mübarizə aparacaq.

Şahmatçılar 2 mərhələdə dünya tacına iddia edə biləcəklər. Belə ki, 3 qrossmeyster bu ilin iyulundan gələn ilin yanvarına kimi ən yüksək xal toplamış şahmatçılar olacaq. Digər 3 şahmatçı isə onlara Dünya kubokunun yekununa əsasən qoşulacaq. Bu mötəbər yarışda mükafatçılar sırasına düşəcək zəka sahibləri iddiaçılar turnirinin iştirakçıları olacaqlar.

Digər 2 vəsiqədən biri Vişvanatan Anand – Boris Gelfand (onlar tac uğrunda bu il finalda oynayacaqlar) qalibinə qismət olacaq. 8-ci iştirakçı isə ev sahibidir.

Beləliklə, Azərbaycan şahmatçıları bu yarışda yenidən iştirak etmək üçün ya reytinq cədvəlində yüksəlməli, ya da Dünya kubokunda medal qazanmalıdırlar.
Qeyd edək ki, iddiaçıların son turnirində həmyerlilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparsalar da, çıxışları uğursuz alındı.