12:15 18-08-2011
news_image

Taekvondoçularımızın rəqibləri müəyyənləşdi

Çinin Şenjen şəhərində Tələbələrin XXVI Yay Universiadasına iştirak edən Azərbaycan taekvondoçularının rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, püşkatmanın nəticəsinə əsasən 12 idmançımızdan 3-ü yarışa ikinci mərhələdən qatılacaq. Universiadanın taekvondo yarışları Bakı vaxtı ilə səhər saat 06:00-da başlanacaq.

Püşkün nəticələri
Kişilər:
54 kq
Samir Aydınov – Flavien Furet (Fransa)

58 kq
Vüsal Məmmədov – Çenyanq Vey (Taypey)

68 kq
Əliyev Fariz – Tomas Auger (Avstriya)

74 kq
Elvin Məmmədov – Yerbol Yerəliyev (Qazaxıstan)

80 kq
Ramin Əzizov – Canni Guqlielmo (İtaliya) – Gilbert Smit (Aruba) cütünün qalibi

87 kq
Jeyhun Həsənli – Kristof Lemann (Almaniya)

+87 kq
Aydın Bəhməlov – Erik Vossen (Almaniya)

Qadınlar:
46 kq
Xəyalə Quliyeva – Yvette Yong (Kanada) – Dikuah Sum (Honqkonq) cütünün qalibi

49 kq
Türkanə Tahirli – Ledian Santos (Braziliya)

57 kq
Günay Ağakişiyeva – Despina Plavaki (kipr) – So Hee Kim (Korea) cütünün qalibi

62 kq
Səbinə Mikayılova – Maria Manalo (Filippin)

67 kq
Vonkyunq Kim –Çulunbor Ariunzaya (Monqolustan) – Seham Savalhi (Misir) cütünün qalibi

Qeyd edək ki, avqustun 18-19-da Pumse yarışları, 20-23-də isə fərdi yarışlar keçiriləcək.Komandamız avqustun 25-də Vətənə dönəcək.