18:02 18-08-2011
news_image
1268
DİGƏR NÖVLƏR

Olimpiya çempionu özünü öldürdü

Fransalı Olimpiya çempionu Pyer Kinon intihar edib. Apasport.az saytının məlumatına görə, 1984-cü ildə Los-Ancelesdə keçirilən Olimpiadada şüvüllə tullanma yarışlarında qızıl medalın sahibinin ölümü çoxlarını şoka salıb.

O, gözlənilmədən özünə qəsd edib. Lakin hələlik intiharın səbəbi məlum deyil.

Fransa Atletika Federasiyasından verilən açıqlamaya əsasən, Kinon 1992-ci ildən peşəkar idmançı karyerasını bitirib. Bundan sonra ticarətlə məşğul olurmuş.

Qeyd edək ki, 49 yaşlı Pyer Fransanın şüvüllə tullanma yarışlarında ilk Olimpiya çempionudur.