11:50 22-08-2011
news_image

İrlandiyalı olimpiya çempionu Azərbaycana gəlir

İrlandiya milli komandasının Bakıda keçiriləcək boks üzrə dünya çempionatında mübarizə aparacaq heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, məşqçilər yalnız 64 kq çəki dərəcəsi ilə bağlı yekun qərara gələ bilməyiblər.

Bu çəkidə Ankarada keçirilmiş son Avropa çempionatının qalibi Ray Moylette ilə İrlandiya çempionu Ross Hikey arasında sentyabrın 2-də əlavə döyüş keçiriləcək. Qalib İrlandiyanı Azərbaycan paytaxtında təmsil etmək hüququ qazanacaq.

İrlandiya komandasının heyətində Pekin Olimpiya oyunlarının qalibi, 2010-cu ilin Avropa çempionu Paddi Barns (49 kq), dünya çempionatının bürünc mükafatçısı Con Co Nevin (56 kq), 2010-cu il Avropa çempionatının gümüş mükafatçısı Darren Onill (75 kq), Pekin Olimpiadasının gümüş medalçısı Ken Eqan (91 kq) kimi adlı-sanlı boksçular yer alıb.

Qeyd edək ki, britaniyalılar hazırda milli komandamızla birgə İtaliyanın Assizi şəhərində təlim-məşq toplanışı keçirlər.

İrlandiya milli komandasının heyəti

49 kq – Paddi Barns
52 kq – Maykl Konlon
56 kq - Con Co Nevin
60 kq – Devid Oliver Coys
64 kq – məlum deyil
69 kq – Roy Şian
75 kq – Darren Onill
81 kq – Co Vard
91 kq – Ken Eqan
91+ kq – Kon Şinan