14:50 22-08-2011
news_image
1007
DİGƏR NÖVLƏR

Aliyə Qarayeva Universiadada gümüş medala sahib oldu

Azərbaycan milli komandası Çinin Şenjen şəhərində keçirilən Tələbələrin 26-cı Yay Universiadasında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamıza bu uğuru gimnastımız Aliyə Qarayeva gətirib.

Avropa çempionumuz gürzlərlə hərəkətlərdə yalnız rusiyalı Yevgeniya Kanayevadan (29,200) geri qalaraq, 27,725 xalla yarışı ikinci pillədə başa vurub. İlk “üçlüyü” isə ukraynalı Alina Maksimenko qapayıb.

Qeyd edək ki, bununla da Universiada yığmamızın medal sayı 2-yə çatıb. Qarayevadan öncə cüdoçumuz Rüstəm Alimli (81kq) də fəxri kürsünün II pilləsində yer almışdı.

Hələlik aktivdə 2 gümüş medal olan milli komandamız 64 ölkə arasında Serbiya ilə 44-45-ci yerləri bölüşür. Universiadaya sabah yekun vurulacaq.