09:23 23-08-2011
news_image

2 boksçumuz növbəti mərhələdə

İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə rinqə çıxan milli komandamızın 4 üzvündən ikisi qələbə qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov İtaliya nümayəndəsi Matteo Angionini çətinlik çəkmədən məğlub edib – 9:2. Daha bir boksçumuz Fəqan Hüseynov da (69 kq) İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Həmyerlimiz Dario Morello üzərində 13:12 hesabı ilə qələbə qazanıb.

81 kq çəki dərəcəsindəki təmsilçimiz Hüseyn Qasımov macarıstanlı Lajos Sarkoziyə uduzaraq, yarışı tərk edib. Təssüff ki, 2010-cu ilin gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov da Dublində uğursuzluğa düçar olub. Boksçumuz çox çalışsa da, Rusiya idmançısı Radjab Butayevə məğlubiyyətdən qaça bilməyib – 8:13.

Qeyd edək ki, komandamız Avropa birinciliyinə tam heyətlə (10 nəfər) yollanıb. Turnirə avqustun 27-də yekun vurulacaq.