10:44 23-08-2011
news_image

“Ölkəmi Azərbaycanda lazımınca təmsil edəcəyəm”

Avropa çempionatının 1/4 finalında Azərbaycan boksçusu Elvin İsayevi (60 kq) məğlub edən türkiyəli Fatih Keleş sentyabrda Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı arzularını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Ankarada hakimlərin qeyri-obyektivliyi sayəsində Avropa çempionu adını qazanan idmançı paytaxtımızda da bu uğuru təkrarlayacağına əmindir.

O bildirib ki, əsas hədəfi dünya çempionatında da özünü sübut etməkdir: “Ankarada mənə güvənənləri məyus etməyərək, Avropa çempionu oldum. İndi isə sırada dünya çempionatıdır. İnanıram ki, burada da çempion adını qazanmaqla yanaşı, London-2012-yə lisenziyaya sahib olacağam. Ölkəmi Azərbaycanda lazımınca təmsil edəcəyəm”.

Qeyd edək ki, İsayev – Keleş döyüşü Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olmuşdu. Qeyri-obyektiv hakimliyə görə, federasiya rəsmiləri Hakimlər Kollegiyasına protest versələr də, bu, qəbul edilməmişdi. Sonda isə türkiyəli boksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.