14:55 24-08-2011
news_image
3117
DÖYÜŞ NÖVLƏRİ

Uğursuz gün - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə start götürən cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə 2 idmançımız mübarizəyə qoşulub.

136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 final isə idmançılara 40 xal qazandıracaq.

Kişilər

73 kq

Bu çəkidə ölkəmizi təmsil edən Renat Mirzəliyev ilk döyüşdə Makleon Paulinlə (Mavriki) qarşılaşıb. O, ilk görüşünü vaxtından əvvəl başa vurub. 79 saniyəyə Paulini ippona salan həmyerlimiz növbəti mərhələdə Açilleus Ralli (Tayland) ilə qarşılaşıb.

Bu mərhələdə Renat polşalı Tomas Adameçi sınağa çəkib. Təəssüf ki, həmyerlimiz növbəti mərhələyə vəsiqə qazana bilməyib. O rəqibi qarşısında 28 saniyə dözüb və ipponla uduzsa da, 60 lisenziya xalı irəli düşüb.

Qadınlar

57 kq

Millimizin lideri Kifayət Qasımova mübarizəyə ikinci mərhələdən - haitili Mersi Janbaptiste ilə görüşlə başlayıb. Döyüş gərgin keçsə də, təmsilçimiz sonda qələbə qazanıb. İpponla qalib gələn Kifayət növbəti mərhələdə Ayko Sato (Yaponiya) ilə görüşüb.

Lakin xanım cüdoçumuz uğurunun davamını gətirə bilməyib. İpponla uduzan Qasımova mübarizəni vaxtından əvvəl dayandırıb. Buna baxmayaraq, o aktivinə 60 lisenziya xalı yaza bilib.


Qeyd edək ki, mundialın ilk günündə İlqar Müşkiyev (60 kq) 3-cü, Tərlan Kərimov (66 kq) 7-ci yeri tutmaqla yanaşı, müvafiq olaraq, 200 və 80 lisenziya xalına sahib olublar.

Digər cüdoçularımız - Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq) və Ramilə Yusubova (63 kq) sabah, Elxan Məmmədov (90 kq) avqustun 26-də qüvvələrini sınayacaqlar. Onlardan 1 gün sonra isə Elmar Qasımov (100 kq) nəyə qadir olduğunu göstərəcək.