15:02 25-08-2011
news_image
1380
STOLÜSTÜ OYUNLAR

Bakı klubunda 2 yeni legioner

Bakının SOCAR şahmat klubu sentyabrın 25-dən oktyabrın 2-nə kimi Sloveniyada keçiriləcək Avropa çempionatı üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandamızın özəyi əvvəlki kimi qalaraq, azərbaycanlı şahmatçılardan təşkil olunub. Bunlar Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərlidir. Onlarla yanaşı, heyətdəki 2 legioner - Aleksandr Qrişuk (Rusiya) və Rüstəm Qasımcanov (Özbəkistan) karyeralarını yenə SOCAR-da davam etdirəcəklər.

Komandamız digər 2 legioner - Aleksandr Şirov (İspaniya) və Maksim Vaşyer-Laqrav (Fransa) ilə yollarını ayırıb. Onlar israilli Emil Sutovski və ukraynalı Andrey Volokitinlə əvəzlənib.

Qeyd edək ki, SOCAR ötən il analoji yarışı mükafatsız başa vurmuşdu.