14:45 26-08-2011
news_image
3355
DÖYÜŞ NÖVLƏRİ

Puç olan ümidlər - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın 4-cü günündə milli komandamızın daha 1 üzvü tatami üzərinə çıxıb.

Kişilər

90 kq

Yığmamızın lideri Elxan Məmmədova böyük ümidlər bəslənilsə də, etimadı doğrulda bilməyib. Son dünya çempionatında bürünc medal qazanan təmsilçimiz London-2012-yə özü üçün lisenziyanı təmin etsə də, Fransada mükafatsız qalıb.

Həmyerlimiz ilk cəhdində özbəkistanlı Xurşud Nəbiyevlə qarşılaşıb. Rəqibinə çətin anlar yaşadan Elxan yuka və vazeri fəndlərinin ardından asiyalının ippona salıb. 3 dəqiqə 5 saniyəyə Xurşudu mübarizədən kənarlaşdıran cüdoçumuz 1/16 finalda kanadalı Aleksandr Emondu sınağa çəkib.

Rəqibin ciddi müqavimət göstərdiyi döyüşün taleyini 1 yuko fəndi həll edib və nəticədə Məmmədov daha bir mərhələni geridə qoyub. O, 1/8 finalda cənubi koreyalı Kyu-Vun Li ilə qüvvəsini sınayıb. Amma Elxan bu dəfə məğlub olaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, səfərə 10 idmançı ilə yollanan yığmamızın 9 cüdoçusu çıxışını yekunlaşdırıb. Onlardan yalnız İlqar Müşkiyev (60 kq) bürünc medala sahib olub.

Axırıncı cüdoçumuz - Elmar Qasımov (100 kq) sabah tatamiyə çıxacaq.