13:35 26-08-2011
news_image
941
FUTBOL

Fabio Kapello milli komandamıza kömək edir

İngiltərənin 21 yaşlılardan ibarət yığma komandasının (U-21) aparıcı futbolçuları 2013-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla rəsmi oyunda iştirakdan məhrum olurlar. Apasport.az saytının məlumatına görə, bu ölkənin əsas yığmasının italiyalı baş məşqçisi Fabio Kapello “Mançester Yunayted”in parlayan gənc futbolçularını qarşıdakı rəsmi görüşlərə çağırmağa hazırlaşır.

Bunlardan 19 yaşlı müdafiəçi Fil Consla, 20 yaşlı hücumçu Danni Uelbeki İngiltərənin U-21-in çalışdırıcısı Stüart Pirs bizimlə sentyabrın 1-də Uotfordakı matça çağırıb. Kapello isə onların adını 30 nəfərlik genişlənmiş heyətinə daxil edib. O, Avro-2012-in seçmə mərhələsində sentyabrın 2-də Bolqarıstanla Sofiyada, 6-da Uelslə Londondakı rəsmi oyuna son heyəti avqustun 28-də açıqlayacaq.

Artıq İngiltərənin U-21-də oynayan Consla Uelbekin əsas yığmaya keçidinin praktiki olaraq həll olunduğu bildirilir. Bununla da Kapello yığmamıza kömək etmiş olacaq. Çünki bu futbolçuların yoxluğu rəqibimiz üçün ciddi itkidir. Xüsusilə, son vaxtlar “Mançester Yunayted”in əsas heyətində yer alaraq, inamlı oyun göstərən, qollar vuran Uellbekin yoxluğu ingilislərin hücum xəttinə təsir edəcək.